"Qalatasaray" heyətini 22 yaşlı yarımmüdafiəçi ilə gücləndirəcək

"Qalatasaray" heyətini 22 yaşlı yarımmüdafiəçi ilə gücləndirmək istəyir.

Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, İstanbul nəhəngi mövsümün sonunda Belçikanın "Genk" klubuna məxsus olan argentinalı yarımmüdafiəçi Matias Qalarzanı heyətinə qatmaqda maraqlıdır.

"Sarı-qırmızılar" müqaviləsi mövsüm sonunda başa çatacaq futbolçu üçün "Genk"ə 5 milyon avro təklif etmək barədə düşünürlər.

Qeyd edək ki, Matias Qalarza bu mövsüm "Genk" forması ilə çıxdığı 38 oyunda cəmi 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.