"Qalatasaray" ilk transferini Portuqaliyadan edəcək
Növbəti mövsümün çalışmalarına start verən "Qalatasaray" ilk transferini bitirmək üzrədir.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Qalatasaray" "Moreirense"nin futbolçusu Qonçalo Frankonu heyətinə qatmağa yaxındır.
Türkiyə klubunun Franko üçün qarşı tərəfə 2 milyon avro ödəyəcəyi bildirilir.
23 yaşlı yarımmüdəfiəçi bu mövsüm çıxdığı 32 oyunda 2 qol və 4 asistlik performans göstərib.
Qeyd edək ki, Qonçalo Franko 2020-ci ildən "Moreirense"də çıxış edir.