"Xəzər Lənkəran"ın keçmiş baş məşqçisi "Qalatasaray"da

Hamza Hamzaoğlu ilə yollarını ayırdıqdan sonra "Qalatasaray" yeni məşqçi axtarışlarına çıxıb. SportLine.az xəbər verir ki, komandanın yeni çalışdırıcısı, böyük ehtimalla, Mustafa Dənizli olacaq. Fanatik.com.tr saytının xəbərinə görə, klub prezidenti Dursun Özbək mütəxəssislə razılığa gəlib. Dənizlinin yaxın günlərdə ictimaiyyətə təqdim olunacağı gözlənilir.

Qeyd edək ki, Mustafa Dənizli 1987-1989 və 1990-1992-ci illərdə də "Cim-Bom"a rəhbərlik edib.