"Qalatasaray" nigeriyalı ilə vidalaşdı
"Qalatasaray" futbolçusu Jesse Sekidika ilə yolları ayırıb.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Qeyd edək ki, J.Sekidika 2019/2020 mövsümündə "Qalatasaray"a transfer olunmuşdu