"Qalatasaray" növbəti mövsüm üçün finala vəsiqə əldə edib
"Qalatasaray" növbəti mövsüm üçün finala vəsiqə əldə edib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "sarı-qırmızlar" Super Kubok finalında "Fənərbağça" futbolçularının meydanı tərk etməsi nəticəsində çempionluqlarını elan ediblər.
Belə olan halda isə "Qalatasaray" klubu bu mövsüm Türkiyə Super Liqasının çempionu olmasa belə Türkiyə Super Kubokun final görüşünə vəsiqəni təmin edib.
Qeyd edək ki, TFF "Fənərbağça" klubunu 2 illik Türkiyə Super Kubokundan kənarlaşdırıb.