"Qalatasaray" Super Kubok matçına çıxacaq heyəti müəyyənləşdirib
"Qalatasaray" rəsmiləri Super Kubok matçına çıxaracağı heyəti açıqlayıblar.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Fənərbağça" klubunun U-19 komadnası ilə Super Kubok matçına çıxmaq qərarından sonra "sarı-qırmızlar"dan cavab gəlib.
Komandanın baş məşqçisi Okan Buruk final görüşünə əsas heyətlə və ən yaxşı futbolçuları ilə çıxacağını açıqlayıb.
Qeyd edək ki, final görüşü aprel ayının 7-də Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.