"Qalatasaray" Rizə səfərinə belə yollanıb
Türkiyə Super Liqasında 24-cü turun oyunları keçirilir.
Sportline.az xəbər verir ki, çempionluğa əsas namizədlərdən sayılan "Qalatasaray" bu tur "Çaykur Rizespor"la qarşılaşacaq.
İstanbul təmsilçisi çətin Rizə səfərinə itkilərlə yollanıb.
İsmail Yakobs, Yunus Akgün, Alvaro Morata və Mauro Ikardi zədə səbəbindən komandasına kömək edə bilməyəcək.
Türkiyə mətbuatında yayılan xəbərlərdə "Qalatasaray"ın bugünkü oyuna bu start heyətlə çıxcağı bildirlir: Muslera, Çuesta, Davinson Sançez, Abdülkerim Bardakcı, Frankovski, Torreyra, Sara, Eren Elmalı, Mertens, Barış Alper, Osimhen.
Qeyd edək ki, "Çaykur Rizespor" - "Qalatasaray" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.