“Qalatasaray” “Tottenhem”lə matça belə çıxacaq
“Qalatasaray”ın baş məşqçisi Okan Buruk “Tottenhem”lə oyunun sxemini cızıb.
Sportline.az “Fanatik” qəzetinə istinadən xəbər verir ki, “Qalatasaray” bu matçda bəzi taktiki dəyişikliyə əl atacaq.
Komandanın oyuna 3-5-2 taktiki sxemi ilə çıxacağı bildirilir.
Hücumda İkardi və Osimhen yer alacaq. Cinahlarda Yunus Akgün və Barış Alper Yılmaz çıxış edəcək.
Qeyd edək ki, “Qalatasaray” – “Tottenhem” matçı noyabrn 7-si saat 21:45 başlanacaq.