"Qalatasaray" rəhbərliyi parçalandı
Hamza Hamzaoğlu ilə yollarını ayıran "Qalatasaray"ın yeni baş məşqçisinin adına yaxın günlərdə aydınlıq gələcəyi gözlənilir. SportLine.az ntvspor.net saytına istinadən xəbər verir ki, bu ərəfə rəhbərlikdə fikirlər haçalanıb. Klubun prezidenti Dursun Özbək Mustafa Dənizlinin komandanın başına gətirilməsini istəyirsə, baş katib Fatih İşbecerin seçimi fərqlidir. O, "Borussiya Münhenqladbax"ın köhnə çalışdırıcısı Lusiyen Favrenin baş məşqçi təyin olunmasını arzu edir. Rəhbərliyin qərarı müzakirələrdən sonra ictimaiyyətə təqdim olunacaq.