"Qalatasaray"dan möhtəşəm transferlər
"Qalatasaray" heyətini yeni futbolçularla gücləndirib.
Sportline.az xəbər verir ki, İstanbul təmsilçisi azad agent olan hücumçu Dris Mertens və "Arsenal"dan Lukas Torreyranı heyətinə cəlb edib. Hər iki futbolçu "sarı-qırmızılar"a keçidini tamamlamaq üçün İstanbula gəlib.
"Qalatasaray" Mertenslə 1+1, Torreyra ilə isə 3+1 illik müqavilə imzalayacaq.