"Qalatasaray"dan yeni transfer

"Qalatasaray" Niderlandın "AZ Alkmaar" klubundan Fredrik Midtşyönün transferini yekunlaşdırıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Fredrik 2017-ci ildən "AZ Alkmaar"da oynayırdı. O, bu müddət əzində 195 matçda 7 qol vurub və 31 qolun ötürməsini verib.