"Qalatasaray"ın qadın futbolçusu rəqibini yumruqla vurub

"Qalatasaray"da forma geyinən Ruh Kipoyi milli matçda qalmaqallı addıma imza atıb.

Sportline.az Ntvspor.net-ə istidanla xəbər verir ki, “Qalatasaray” Qadın Futbol Komandasında çıxış edən Demokratik Konqolu Rut Kipoyi Mərakeşlə milli matçda rəqibini yumruqlayıb.

Kipoyi matçın 62-ci dəqiqəsində rəqibinə müdaxilə etdikdən sonra qırmızı vərəqə ilə cəzalandırılıb. Rəqib futbolçu Yasmin Mrabetdən reaksiya alan Kipoyi əsəbini cilovlaya bilməyib və mərakeşli futbolçuya yumruq zərbəsi endirib.

Qeyd edək ki, 26 yaşlı hücumçu matçdan bir gün sonra etdiyi hərəkətə görə məyus olduğunu bildirib və rəqibindən üzr istəyib.