"Qalatasaray"da diqqətlər hücumçu transferinə yönəlib

Transfer çalışmalarına start verən "Qalatasaray" heyətini fransalı hücumçu ilə gücləndirmək istəyir.

Sportline.az Ajannspor.com-a istinadla xəbər verir ki, "Sarı-qırmızılılar"ın ilk hədəfi hazırda azad agent statusunda olan Antoni Marsialdır.

Xəbərdə, "Everton"un da 28 yaşlı hücumçu ilə maraqlandığı bildirilir.

2023-2024 mövsümünün böyük bir hissəsini zədəyə görə buraxan fransalı ulduz iştirak etdiyi 19 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Olimpik" Lionun yetirməsi sayılan Antoni Marsial karyerası ərzində  "Monako", 'Sevilya" və" Mançester Yunayted" komandalarında çıxış edib.