Qalması üçün komanda yoldaşına yalvarıb

UEFA Çempionlar Liqasının finalından sonra Cek Qriliş Bernardo Silvaya qalması üçün xahiş edib.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, əla mövsüm keçirən “Mançester Siti” klubunun futbolçuları üçün namizədlər çoxalır.

“PSJ” klubu Bernardo Silvanı heyətinə qatmaqda israrlıdır.

Cek Qriliş isə Silvaya komandada qalması üçün yalvardığını deyib.

Qeyd edək ki, “Mançester Siti” bu mövsüm Çempionlar Liqası ilə yanaşı, İngiltərə kuboku və İngiltərə Premyer Liqasının baş mükafatına sahibi olub.