Qara Qarayev: "Azarkeşlərdən daha çox dəstək gözləyirik"
"Qarabağ"ın futbolçusu Qara Qarayev instaqram hesabında paylaşım edib.
Sportline.az xəbər verir ki, yarımmüdafiəçi Çempionlar Liqasının pley-off mərhələsinin "Viktoriya" ilə ilk oyununda azarkeşlərdən dəstək gözlədiyini qeyd edib:
"Növbəti tarixi oyunumuz var. Evdə daim 12 nəfərlə çıxış edirik. Azarkeşlərdən daha çox dəstək gözləyirik. Biz birlikdə "Qarabağ"ıq!"
Bu gün keçiriləcək "Qarabağ" - "Viktoriya" matçı saat 20:45-də başlayacaq. Cavab oyunu avqustun 23-də Çexiyada olacaq.