"Qarabağ" 29 il sonra "İmarət"də

“Qarabağ” komandasının sabiq məşqçi heyəti və futbolçuları işğaldan azad olunan Ağdam şəhərinə səfər ediblər.

Sportline.az xəbər verir ki, səfərdə məqsəd Bakı Media Mərkəzi tərəfindən “Qarabağ” haqda sənədli filmin çəkilişində iştirak etmək olub. Çəkilişin Ağdamdakı hissəsində 1980-ci illərin sonları və 90-cı illərdə “Qarabağ”da oynayanlar  iştirak edib. Onlar dağıımış “İmarət” stadionunda da olaraq kollektiv şəkil çəkdiriblər.

Qeyd edək ki, bu heyət son dəfə Ağdam stadionunda 1993-cü ilin mayında “Turan”la oyunda iştirak edib.