"Qarabağ" Antalya toplanışına start verdi
"Qarabağ" bu gün səhər saatlarında qış təlim-məşq toplanışını keçmək üçün Antalyaya yollanıb.
SportLine.az-ın klubun Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi günorta saatlarında IC Santai otelində məskunlaşıb.
Yerli saatla 18:30-da futbolçular məşqə çıxıb.
Qeyd edək ki, komandanın legioner üzvləri yaxın bir neçə gün ərzində komandaya qoşulacaq.