"Qarabağ" - "Ayaks" matçının biletləri belə satılacaq
UEFA Çempionlar Liqasının VI turu çərçivəsində dekabrın 10-da keçiriləcək “Qarabağ” – “Ayaks” qarşılaşması ərəfəsində həyəcan zirvəyə yüksəlir.
Sportline.az xəbər verir ki, böyük maraq doğuran bu möhtəşəm futbol gecəsi üçün bilet satışlarının başlanmasına sayılı günlər qalır. Qarşılaşmanın biletləri yalnız klub tərəfindən təsdiqlənmiş rəsmi satış kanalları vasitəsilə təqdim olunacaq.
Azarkeşlərdən biletləri yalnız rəsmi platformalardan əldə etmələri xahiş olunur. Satış prosesinə yaxın günlərdə start verilməsi planlaşdırılır və bununla bağlı ən son məlumatlar klubun rəsmi kanallarında paylaşılacaq.
Komandamızı 10 dekabr tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda canlı olaraq dəstəkləmək istəyən azarkeşlərə, biletlərin yüksək tələbat səbəbilə qısa müddətdə tükənə biləcəyini nəzərə alaraq, rəsmi məlumat axınını diqqətlə izləmələri tövsiyə edilir.
UEFA Çempionlar Liqasındakı növbəti həlledici qarşılaşma ərəfəsində gəlin, stadionda bir araya gələrək “Qarabağ”a layiq atmosfer yaradaq.