"Qarabağ" Çempionlar Liqasında topa ən çox sahib olan komandadır
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra statistik göstəricilər açıqlanıb.
Sportline.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" qitənin bir nömrəli klub turnirində topa ən çox sahib olan komandadır.
Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv 64 faizlə birinci pillədə qərarlaşıb. Türkiyə "Trabzonspor"u 62 faizlə ikinci, Şotlandiya "Reyncers"i isə 56 faizlə üçüncüdür.
Qeyd edək ki, "Qarabağ" pley-off mərhələsinin ilk oyununda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə qolsuz heç-heçə edib. Avqustun 23-də Plzendəki "Dusan Arena"da oynanılacaq cavab matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.