"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq"

"Klub 2017-ci ildəki kimi qrup mərhələsinə vəsiqə qazanacaq. Onlar bunu bacaracaqlar".

Sportline.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Donald Gerye Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunları barədə danışarkən deyib.

Hazırda Kiprin "Olimpiakos" (Nikosiya) klubunda çıxış edən 33 yaşlı oyunçu "köhlən atlar"ın avrokuboklardakı əvvəlki matçlarının hamısını izlədiyini bildirib.

Gerye 2017-ci ildə eyni turnirdə Danimarka "Kopenhagen"inə qalib gəldikləri pley-off görüşünü də xatırlayıb: "Həmin anları unutmaq olmaz. Bu, futbolçular, Azərbaycan xalqı və xüsusən də qarabağlılar üçün xüsusi gün idi".

Qeyd edək ki, bu gün keçiriləcək "Qarabağ" – "Viktoriya" matçı saat 20:45-də başlayacaq. Cavab görüşü avqustun 23-də Plzendə olacaq.