"Qarabağ" ən uzun yolu qət edəcək

UEFA Avropa Liqasının qrup mərhələsində oyunlar üçün ən çox məsafə qət edəcək 2 komandanın adı müəyyənləşib.

Sportline.az "The Sweeper"ə istinadən xəbər verir ki, bunlar "Qarabağ" və Fransa "Nant"ıdır.

Nant hava limanından Heydər Əliyev Beynəlxalq Aeroportunadək olan məsafə 4 118 km-dir. Bunun üçün 7 saatdan artıq uçuş tələb olunur. Avropa Liqasının qruplarındakı digər komandaların heç biri öz aralarındakı oyunlara bu qədər uzunluqda yol qət etməyəcək.

Qeyd edək ki, "Qarabağ" "Nant"la sentyabrın 15-də evdə, oktyabrın 27-də isə səfərdə qarşılaşacaq.