"Qarabağ" italiyalı futbolçudan cavab gözləyir
Azərbaycan çempionu "Qarabağ" hücum xəttini yeni futbolçu ilə gücləndirmək istəyir.
Sportline.az xəbər verir ki, Ağdam klubu son olaraq Avstraliyanın "Melburn Siti" komandasında oynayan Manuel Puççuarelliyə təklif göndərib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
31 yaşlı italiyalı forvardla Rumıniyanın ÇFR klubu da maraqlanır.
Qeyd edək ki, Manuel Puççuarelli "Empoli"nin yetirməsidir. Təcrübəli hücumçu karyerası ərzində ölkəsində "Qavarrano", "Kyevo", "Peskara" klublarında, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin "Dibba Əl-Fucayra" klubunda çıxış edib.