"Qarabağ" klubu haqqında kitabın ingilis versiyası təqdim olunub
İtaliyalı yazar Emmanuele Culianellinin "Qarabağ" klubu haqqında yazdığı kitabın ingilis versiyası təqdim olunub.
Sportline.az xəbər verir ki, yazar bu barədə tviterdə paylaşım edib. "Kitab artıq mənim əllərimdədir. Bu, fantastikdir", - deyə Culianelli yazıb.
Qeyd edək ki, Emmanuele Culianelli “Qarabağ” – şəhəri olmadan Avropanı fəth edən komanda” kitabını 2018-ci ildə təqdim edib.
