"Qarabağ" klubunda ayrılıq
"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Ağdam təmsilçisindən ayrılıb.
Sportline.az xəbər verir ki, bu barədə qərar klubun sosial şəbəkə hesabı vasitəsilə açıqlanıb.
Qeyd edək ki, tanınmış telejurnalist 2021-ci ilin fevralından bu postda çalışırdı.
O, bu vəzifədə Nurlan İbrahimovu əvəzləmişdi.
"Qarabağ"ın yeni mətbuat sözçüsünün kimliyi hələ bəlli deyil.