"Qarabağ" - "Kuban" matçının vaxtı müəyyənləşdi
Ölkə çempionu "Qarabağ"ın Antalya toplanışındakı ilk yoxlama oyununun başlama saatı açıqlanıb.
Sportline.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Rusiyanın "Kuban" klubuyla yanvarın 17-si keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Qeyd edək ki, “Qarabağ” Türkiyə toplanışı çərçivəsində "Kuban"dan başqa, yanvarın 20-də “Legiya” (Polşa), 25-də "Şkupi" (Makedoniya) və "Mariopul" (Ukrayna), 29-da "Sarayevo" (Bosniya və Herseqovina), fevralın 3-də isə "Mladost"la (Monteneqro) üz-üzə gələcək.