"Qarabağ" legioneri ilə müqaviləni uzatdı

“Qarabağ” Kevin Medina ilə müqavilənin müddətini uzadılıb.

Sportline.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Yeni razılaşmaya əsasən, kolumbiyalı müdafiəçi 2025-ci il iyunun 30-dək Ağdam klubundan çıxış edəcək.

Kevin Medina 2020-ci ildən “Qarabağ”ın şərəfini qoruyur.