"Qarabağ" legioneri ilə vidalaşıb

Patrik Andrade “Qarabağ”dan ayrılıb.

Sportline.az Qol.az-a istinadən xəbər verir ki, bu yay Ağdam təmsilçisi ilə müqaviləsi başa çatan Kabo-verdeli yarımmüdafiəçi karyerasını başqa ölkənin klubunda davam etdirəcək.

Məlumata görə, klub son ana qədər Andradeni komandada saxlamaq istəyib. Lakin 29 yaşlı futbolçu “Qarabağ”dan daha yüksək maaş tələb edib. Daha öncə belə bir xəbər yayılmışdı ki, əgər futbolçu ötən il 200-300 min avro arası maaş alırdısa, yeni müqavilədə klubdan illik 600 min avro istəyib. “Qarabağ” isə futbolçuya 400 min avro təklif edib. Lakin Andrade bununla razılaşmayıb və başqa ölkə klubundan daha yüksək təklif aldığını bildirərək klubdan ayrılmaq qərarı verib.