"Qarabağ" Madriddə məşqə çıxacaq
“Qarabağ” UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda görüşəcəyi “Ateltiko" ilə səfər oyununun hazırlığını bu gün başa vuracaq.
Sportline.az xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov yerli vaxtla saat 18:30-da (Bakı vaxtıyla 21:30) qarşılaşmanın keçiriləcəyi "Vanda Metropolitano" stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq.
Təmsilçimiz saat 19:00-da (Bakı vaxtıyla 22:00) oyunöncəsi son məşqini edəcək. Məşqin ilk 15 dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.