"Qarabağ" Monteneqro millisinin futbolçusunu transfer edir
"Qarabağ" Monteneqro millisinin futbolçusu Marko Yankoviçi transfer etməyə hazırlaşır.
Sportline.az "news.middleeast" saytına istinadən xəbər verir ki, "köhlən atlar" İsrailin "Hapoel" (Təl-Əviv) klubundan ayrılmaq istəyən 27 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Ağdam təmsilçisi təcrübəli oyunçunun keçidi üçün qarşı tərəfə 150 000 avro təzminat ödəməlidir.
Artıq futbolçunun adı bu gün Avstriyaya təlim-məşq toplanışına gedən komandanın siyahısına da daxil edilib. Bugünlərdə isə o, “Qarabağ”ın təlim-məşq toplanışına qoşulacaq və rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Marko Yankoviç ötən ilin yanvarından "Hapoel"də çıxış edir.