"Qarabağ" - "Nant" görüşünün hakimləri bilindi

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda Fransanın “Nant” klubuna qarşı keçirəcəyi oyununun hakimləri açıqlanıb.

Sportline.az xəbər verir ki, sentyabrın 15-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı Albaniyadan olan hakimlər briqadası idarə edəcək.

“Qarabağ” – “Nant”

15 sentyabr. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:45

Baş hakim: Enea Jorgji

Baş hakimin köməkçiləri: Denis Rexha, Ridiger Çokaj

Dördüncü hakim: Juxhin Xhaja

VAR: Luca Pairetto (İtaliya)

AVAR: Giacomo Paganessi (İtaliya)