"Qarabağ" - "Nant" oyununda anşlaq gözlənilir
UEFA Avropa Liqasının G turunun II turunun "Qarabağ"-"Nant" oyunu üçün satılmış biletlərin sayı açıqlanıb.
Sportline.az xəbər verir ki, bu gün satışa çıxarılan biletlərin artıq 21 000 ədədi alınıb.
Biletlərin qiyməti müvafiq olaraq 5 AZN, 20 AZN, 30 AZN, 75 AZN və 100 AZN təşkil edir.
Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlanacaq.