"Qarabağ" ölkənin ən yaxşı futbolçusu ilə razılaşıb

UEFA Çempionlar Liqasında mübarizə aparacaq "Qarabağ" milli komandanın üzvü Emin Mahmudovu heyətə cəlb edəcək.

Sportline.az-ın əldə etdiyi xəbərə görə tərəflər artıq bununla bağlı razılaşıblar. 

"Neftçi" ilə yollarını ayırmaq qərarına gələn yarımmüdafiəçi ölkə kubokunun finalından sonra yeni komandasının düşərgəsinə qatılacaq.

Qeyd edək ki, son mövsümlərin ən yaxşı futbolçusu adına layiq görülən Emin Mahmudov 2017-ci ildən "Neftçi"nin formasını geyinir.

Banner