"Qarabağ" oyunçusu oynadı, Bolqarıstan seçməsi qələbə qazandı
"Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçevin şərəfini qoruduğu Bolqarıstan seçməsi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib Kipr millisi olub.
Qarşılaşma Bolqarıstanın qələbəsi ilə yekunlaşıb - 2:1.
S.Slavçev bu oyunda 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, 3 oyundan sonra maksimum nəticə göstərən Bolqarıstan seçməsi qrup lideridir.