"Qarabağ" Qəbələyə yollandı

Sabah Qəbələdə futbol üzrə Azərbaycan kubokunun final qarşılaşması olacaq.

Sportline.az xəbər verir ki, həlledici oyunda “Qarabağ” və “Zirə” komandaları üz-üzə gələcək.

Ağdam klubu bu gün görüşün keçiriləcəyi Qəbələyə yola düşüb.

Qeyd edək ki, digər finalçı - "Zirə" ötən gündən Qəbələdədir.