"Qarabağ" Qurban Qurbanovla müqaviləni yenilədi
“Qarabağ” FK və Qurban Qurbanov arasında olan müqavilənin müddəti uzadılıb.
Sportline.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb.
Yeni anlaşmaya əsasən, Qurban Qurbanov daha 3 il bu komandanın baş məşqçisi olacaq.
Qurban Qurbanov 2008-ci idən bu komandanı çalışdırır.
“Qarabağ” FK bu müddət ərzində 8 dəfə Azərbaycan çempionu olub, 4 dəfə ölkə kubokunu qazanıb, 8 dəfə isə UEFA-nın klub turnirlərinin qrup mərhələsinə yüksəlib.