“Qarabağ” – “Səbail” görüşünün hakimləri açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasının V turundan təxirə salınmış “Qarabağ” – “Səbail” görüşünün bütün təyinatları müəyyənləşib.

Sportline.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, sabah keçiriləcək qarşılaşmanın baş hakimi Elçin Məsiyev olacaq.

“Qarabağ” Premyer Liqada 26 xalla 2-ci, “Səbail” isə 13 xalla 6-cı sıradadır.

Azərbaycan Premyer Liqası

5-ci turun oyunu

28 yanvar

16:00. Qarabağ – Səbail

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Rəşad Əhmədov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Seymur Səlimli

Bakı. “Azersun Arena”