"Qarabağ" liderliyə yüksəldi

Bu gün Azərbaycan Premyer Liqasında 5-ci turdan təxirə salınan bir oyun keçirilib.

Sportline.az xəbər verir ki, son illərin çempionu “Qarabağ” evdə “Səbail”lə qarşılaşıb. Matçın favoriti olan Ağdam təmsilçisi qələbə qazanaraq vahid liderliyə yüksəlib.

Qeyd edək ki, bu görüş milli komandanın matçları ilə əlaqədar təxirə salınmışdı.

28 yanvar

Azərbaycan Premyer Liqası

5-ci turdan təxirə salınan oyun


16:00. “Qarabağ” – “Səbail” 4:0
Qollar: Ovusu Kvabena, 18 (1:0), Mahir Emreli, 25 (2:0), Patrik Andrade, 85 (3:0), Mahir Emreli, 90+2 (4:0)
Hakimlər
: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Rəşad Əhmədov
“Azersun Arena”