"Qarabağ" son dəqiqədə sevindi
Bu gün Topaz Premyer Liqasında 10-cu tur start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma olacaq. Son çempion "Qarabağ" debütant "Səbail"lə üz-üzə gələcək.
Ötən tur "Qəbələ"yə məğlub olmaqla vahid liderliyi əldən verən Ağdam təmsilçisi, bu dəfə azarkeşlərini sevindirmək niyyətindədir. Bakı təmsilçisi isə güclü rəqiblə dueldə sərfəli nəticəyə ümid edir.
"Azərsun Arena"da keçiriləcək matçda əsas söz sahibi Rəvan Həmzəzadə olacaq.
Topaz Premyer Liqası
X tur
27 oktyabr (cümə)
"Qarabağ” – "Səbail” - 1:0
QOL: Əfran İsmayılov, 90 (1:0)
Qırmızı vərəqə: Ansi Aqolli, 43
Hakimlər: Rəvan Həmzəzadə, İsgəndər Əliyev, Rahil Ramazanov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Kərim Ağayev
Bakı. "Azersun Arena”
Standings provided by Sofascore LiveScore