"Qarabağ" və "Turan Tovuz"dan qələbə

Azərbaycan Premyer Liqasında 2-ci turun oyunları davam edir. 

Sportline.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib. Əvvəlcə son çempion "Qarabağ" "Sumqayıt"ın qonağı olub və 2:0 hesabı ilə qalib gəlib. 

Günün digər görüşündə "Səbail" "Turan Tovuz"u qəbul edib və 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, ilk oyun günündə ötən gün "Sabah" "Zirə"yə 3:1 hesabı ilə qalib gəlib. Turun 2 qarşılaşması isə sabah oynanılacaq.

13 avqust (şənbə)

20:30. “Səbail” – “Turan Tovuz” - 0:1 

Qol: Natan Oduva, 47
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Cəmil Quliyev, Kamal Umudlu
“ASCO Arena”

18:20. “Sumqayıt” – “Qarabağ” - 0:2 

Qol: Musa Qurbanlı, 90+4, Filip Ozobiç, 90+8
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Müslüm Əliyev, Rəvan Həmzəzadə
“Kapital Bank Arena”

14 avqust (bazar)

18:20. “Qəbələ” – “Şamaxı”
Hakimlər
: Fərid Hacıyev, Rəhman İmami, Kamran Bayramov, Emin Əliyev
Qəbələ şəhər stadionu

20:30. “Neftçi” – “Kəpəz”
Hakimlər
: Nicat İsmayıllı, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
“Bakcell Arena”

12 avqust (cümə)

“Zirə” – “Sabah” - 1:3

N Klublar O Q H M T-F X
1 Sabah 2 2 0 0 6-1 6
2 Qarabağ 2 2 0 0 5-1 6
3 Qəbələ 1 1 0 0 2-0 3
4 Neftçi 1 1 0 0 1-0 3
5 Zirə 2 1 0 1 3-4 3
6 Turan Tovuz 2 1 0 1 1-2 3
7 Kəpəz 1 0 0 1 1-2 0
8 Şamaxı 1 0 0 1 0-1 0
9 Səbail 2 0 0 2 1-4 0
10 Sumqayıt 2 0 0 2 0-5 0

 

Bombardirlər

Coy Lens Mikels ("Sabah") - 2 qol
Ramil Şeydayev ("Qarabağ") - 2 qol
Sertan Taşkın ("Zirə") - 2 qol

Musa Qurbanlı ("Qarabağ") - 2 qol