“Qarabağ” sürpriz gözləyir – Avropa Liqasında 2-ci səbət üçün
Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın “Viktoriya” (Plzen) klubuna məğlub olan (0:0, 1:2) “Qarabağ” mübarizəni Avropa Liqasının qrupunda davam etdirəcək.
Sportline.az xəbər verir ki, Azərbaycan təmsilçisi qrupda iştirakı dəqiqləşən 19 komandadan biridir. Hələlik “atlılar”ın püşkatmaya hansı səbətdə qatılacağı məlum deyil. Çünki hələ bütün qrup iştirakçıları dəqiqləşməyib. İndiki halda, bu, 3-cü səbətdir. Ancaq 1-ci və ya 2-ci səbətə iddialılar arasında bir komanda mübarizəni dayandırsa, Qurban Qurbanovun komandası 2-ci səbətə düşəcək.
Hələlik püşkatma öncəsi durum belədir:
2-ci səbət
“Roma” (İtaliya), “Mançester Yunayted” (İngiltərə), “Aresnal” (İngiltərə), “Latsio” (İngiltərə), “Braqa” (Portuqaliya), “Srvena Zvezda” (Serbiya)
1-ci və ya 2-ci səbət
“Dinamo” (Kiyev, Ukrayna), “Feyenord” (Niderland)
2-ci səbət
“Renn” (Fransa), “Monako” (Fransa), “Real Sosyedad” (İspaniya)
2-ci və ya 3-cü səbət
“Qarabağ” (Azərbaycan), “Betis” (İspaniya), “Midtüllan” (Danimarka)
3 və ya 4-cü səbət
“Yunion Berlin” (Almaniya), “Frayburq” (Almaniya), “Nant” (Fransa), “Şturm” (Avstriya),
4-cü səbət
“Yunion” (Belçika)
Avropa Liqasında qrup mərhələsinin püşkü avqustun 26-da atılacaq.
Futbolpress.az