"Qarabağ" "Trabzonspor"un hücumçusu ilə maraqlanır?
Türkiyə mediasında "Qarabağ"ın “Trabzonspor”un hücumçusu Benqali-Fode Koyta ilə maraqlandığına dair xəbərlər yayılıb.
Sportline.az xəbər verir ki, qvineyalı futbolçu həqiqətən Ağdam təmsilçisinə təklif olunub. Amma Qurban Qurbanov 32 yaşlı forvardı istəməyib.
Məsələyə münasibət bildirən "Qarabağ"ın mətbuat katibi Gündüz Abbaszadə bir çox futbolçunun kluba təklif edildiyini, bəziləri ilə zamanında danışıqlar aparıldığını, amma alınmayan transferlərin adını çəkmək istəmədiklərini bildirib.