“Qarabağ” Vadji xəbərlərini rəsmən təsdiqlədi - “Artıq Fransaya gedib”
"Qarabağ"ın direktoru Emrah Çelikel komandanın futbolçusu İbrahima Vadjinin transferi üçün "Sent Etyen"lə danışıqlar apardıqlarını təsdiqləyib.
Sportline.az xəbər verir ki, bu barədə o, Qol.az-a açıqlamasında deyib. Klub rəsmisi bildirib ki, seneqallı oyunçu tibbi müayinədən keçmək üçün artıq Fransaya yola düşüb: "Ancaq hələlik müqavilə imzalanmayıb. Futbolçu hələ tibbi müayinədən keçməlidie. Yalnız bu prosedur başa çatdıqdan sonra müqavilə imzalana bilər”.
Qeyd edək ki, Fransa mətbuatı bu transfer üçün "Sent-Etyen"in "Qarabağ"a 1 milyon avro təzminat ödəyəcəyini yazıb.