"Qarabağ"a qol vuran futbolçunun gələcəyi

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qol vuran Florian Virs karyerasını "Bayer"də davam etdirəcək.

Sportline.az xəbər verir ki, bunu futbolçunun atası Hans - Yoahim Virs Sky Sport Germani-yə açıqlayıb.

Oğlunun gələcəyi ilə bağlı sualı cavablandıran Virs "İşlər elə gedir ki, Florianın gələn mövsüm də "Bayer"də oynayacağını deyə bilərəm", - söyləyib.

Qeyd edək ki, son günlər mətbuatda Florianın "Bavariya"nın diqqət mərkəzində olduğu haqda məumat yayılmışdı. 

Bu mövsüm 19 oyuna çıxan 20 yaşlı futbolçu 6 qol, 10 asist müəllifidir.

Onun transfer dəyəri 85 milyon avrodur.