"Qarabağ"a şad xəbər: O, məşqə başladı

"Qarabağ"ın zədəli futbolçusu Kevin Medina məşqlərə başlayıb.

Sportline.az xəbər verir ki, kolumbiyalı müdafiəçi hələlik fiziki məşq edir. O, bir müddət fizioterapevt nəzarətində fitnes zalında fərdi məşq etməlidir. 

Xatırladaq ki, Medina iyulun 27-də Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab qarşılaşmasında “Sürix”lə səfər oyununda zədələnmişdi.