"Qarabağ"da ayrılıq

"Qarabağ" klubu akademiya koordinatoru Tacəddin Doğanla vidalaşıb.

Sportline.az xəbər verir ki, türkiyəli mütəxəssisin "köhlən atlar"la müqavilə müddəti başa çatıb.

Doğanla sözləşməni uzatmayan "Qarabağ" ona göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Tacəddin Doğan 2019-cu ildən Azərbaycan çempionunda işləyirdi.