Emrah Çelikel: "Bununla bağlı Qurban Qurbanov qərar verəcək"
10-cu çempionluğunu rəsmiləşdirən "Qarabağ" bu mövsüm ölkəmizi UEFA Çempionlar Liqasında layiqincə təmsil etmək əzmindədir.
Bu haqda Sportline.az saytına açıqlamasında klubun direktoru Emrah Çelikel bildirib.
Klub rəsmisi heyəti gücləndirmək yönündə addımlar atılacağını deyib: "Azərbaycanı layiqincə təmsil etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Əlbəttə, püşkün nəticəsindən çox şey asılıdır. Amma, istənilən halda Çempionlar Liqasında uğurlu çıxış etmək niyyətindədiyik. Bunun üçün heyəti gücləndirməliyik. Yeni futbolçular transfer olunacaq. Bu haqda əvvəlcədən danışmaq istəmirik. Bu həmişə belə olub. Transferler baş məşçqimizin səlahiyətində olan məsələdir. Yeni futbolçularla bağlı Qurban Qurbanov qərar verəcək. Olacağını bilirik. Amma əvvəlcədən ad çəkməyə tələsmirik.".
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəyə I təsnifat mərhələsindən qatılacaq.