"Qarabağ"ın Antalya hazırlığı davam edir

"Qarabağ" Antalyada qış təlim-məşq toplanışını davam etdirir.

SportLine.az-ın klubun rəsmi "Facebook" səhifəsinə istinadən yaydığı xəbərə görə, komanda ikinci günü iki məşqlə başa vurub.

Yerli vaxtla saat 17:30-da start götürən məşqdə laktat testindən keçməyən futbolçular testdən keçiblər. Digər futbolçular daha çox fiziki hazırlıqlara yönəlmiş çalışmalarla məşqi tamamlayıb.