"Qarabağ"ın baş məşqçisi İsveçrəyə gedir

"Qarabağ"ın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Aftandil Hacıyev İsveçrəyə yollanacaq. Sportline.az xəbər verir ki, mütəxəssis "PRO” kateqoriyalı məşqçilik kurslarını başa vurmaq üçün oktyabrın 29-u yola düşəcək.

Əvvəlcə Belarusda keçirilən kurslara qatılan məşqçi noyabrın 2-nə qədər Nyonda yerləşən UEFA-nın qərargahında keçiriləcək kursun növbəti mərhələsində iştirak edəcək.