"Qarabağ"ın Budapeşt planı açıqlandı
UEFA Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ"ın III təsnifat mərhələsində "Ferentsvaroş"la oyun üçün yollanacağı Macarıstan səfərinin planı müəyyənləşib. .
Sportline.az xəbər verir ki, "Qarabağ" Vyanaya sabah yola düşəcək. Komanda Bakını saat 10:30-da tərk edəcək. "Köhlən atlar" Vyanada "Kempinski" otelində məskunlaşacaq.
Yerli vaxtla saat 18:40-da Qurban Qurbanovun mətbuat konfransı, saat 19:00-da isə komandanın mətbuata açıq (ilk 15 dəqiqəsi) məşqi baş tutacaq.
Qeyd edək ki, avqustun 3-də Bakıda “Qarabağ” və “Ferensvaros” arasında oyun 1:1 hesablı heç-heçə ilə nəticələnib. Cavab oyunu avqustun 9-u Macarıstanda keçiriləcək.