"Qarabağ"ın daha bir futbolçusu millidə

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Türkiyədə hazırlığını davam etdirir. Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, Antalyada təlim-məşq toplanışında olan millimizin düşərgəsinə daha bir futbolçu qoşulub.

Söhbət “Qarabağ”ın yarımmüdafiəçisi Nicat Süleymanovsan gedir.

Qeyd edək ki, 21 yaşadək futbolçulardan ibarət millimiz yanvarın 21-də və 26-da Albaniyanın, yanvarın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə qarşılaşacaq.